BAKI, 3 aprel. TELEQRAF

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” və “Zirə” matçından sonra meydan sahiblərinin İdarə Heyətinin rəhbəri Ehtiram Quliyev qalmaqallı açıqlama verib.

Teleqraf xəbər verir ki, o, qarşılaşmanın baş hakimi Əliyar Ağayevin ünvanına ağır ittihamlar səsləndirib:

"Əliyar Ağayevin təyinatı zamanı başımıza belə hadisənin gələcəyini ehtimal edirdik. Suyu oturaraq içən hakimlərdən canımı qurtarmalıyıq. Suyu uzanaraq, ayaqüstə içsinlər, haqqımızı içməsinlər. İlboyu əziyyətimiz bir ildə yerə vurulur. Uşaqların alın təri, haqqımız Əliyar Ağayevin haramı olsun".