BAKI, 3 aprel. TELEQRAF
Dövlət Departamenti ABŞ vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Teleqraf xəbər verir ki, ABŞ-nin Livandakı səfirliyi ölkə daxilində hava hücumlarının gücləndiyini bəyan edib.
"İran və onunla əlaqəli qruplar Livan universitetlərini hədəf ala bilərlər. Dövlət Departamenti ABŞ vətəndaşlarını kommersiya uçuşları mövcud olduğu müddətdə Livanı tərk etməyə çağırır" - məlumatda qeyd olunur.