İsrail Müdafiə Qüvvələri İranda ABŞ qırıcı təyyarəsinin ikinci heyət üzvünün axtarışının aparıldığı əraziyə avia-zərbələri dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "N12" televiziya kanalı yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat verib.
Daha əvvəl Amerikanın "CBS News" televiziya kanalı İran üzərində vurulan ABŞ qırıcı təyyarəsinin iki heyət üzvündən birinin xilas edildiyini bildirmişdi. Kanalın məlumatına görə, ikinci heyət üzvünün axtarışı davam edir.