BAKI, 3 aprel. TELEQRAF

Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” qarşılaşması öncəsi xüsusi sosial aksiya təşkil olundu.

Telüqraf xəbər verir ki, Ümumdünya Autizm Məlumatlandırma Günü münasibətilə “Qarabağ” Futbol Klubunun və Autizm Assosiasiyasının təşkilatçılığı, ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) və Liv Bona Dea-nın dəstəyi ilə stadionumuzda autizm spektrində olan uşaqlarla bağlı fərqindəlik təşəbbüsü həyata keçirilib.

Autizmin bir fərqlilik olduğu və bu fərqliliyin cəmiyyətimizin zənginliyi sayıldığı bir daha vurğulandı. Autizmli uşaqların hər birimiz kimi diqqətə, anlayışa və dəstəyə layiq olduqları qeyd edilib.