BAKI, 3 aprel. TELEQRAF

“Hakimliklə bağlı narazılığım qalmadı. Rauf Cabarov oyunu normal idarə etdi. Narazı qalacağım məqam olmadı”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la heç-heçə etdikləri matçdan sonra keçirilən mətbuat konfransında bildirib:

“Qarşımızda çox yaxşı komanda vardı. Sona kimi mübarizə aparan, oynayan kollektivdir. Bu gün üçün onların istəyi bəlkə də bizdən daha çox idi.

Dəqiq demək çətindir, amma son iki oyun futbolçulara əlavə motivasiya verir. Bizim üçün “Sabah”a qarşı oynamaq həmişə xoşdur.

Əminəm ki, çempionatın hər oyununda belə qarşılaşmalar olsa, liqa daha da maraqlı olar”.