BAKI, 24 aprel. TELEQRAF
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mükafatlandırma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə ilk üç pilləni tutan komandalar medallarla təltif olunublar.
Yüksək Liqada cari mövsümün qalibi "Azərreyl" olub. İkinci pilləni "Abşeron", üçüncünü isə "Milli Aviasiya Akademiyası" tutub. Çempion komandaya kubok da təqdim olunub.
"Abşeron" - "Azərreyl" arasında keçirilən final mərhələsinin ikinci oyununun ən dəyərli oyunçusu (MVP) adına Anastasiya Şupianova ("Azərreyl") layiq görülüb.
Medalları Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.