BAKI, 23 aprel. TELEQRAF

“III MDB Oyunlarının paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmiz üçün yenilikdir”.

Teleqraf xəbər verir ki, bunu Oyunların Milli Mətbuat Katibi Arzu Hüseynova Oyunların mətbuat konfransında deyib.

O, turnirin bölgə sakinlərində maraq yaratdığını bildirib: “III MDB Oyunlarının paytaxt Bakıdan kənarda, 7 şəhərdə keçirilməsi ölkəmiz üçün yenilikdir. Bu, yerli sakinlər arasında böyük maraq yaradıb. İştirakçı ölkələrdən də turistlərin cəlb olunması üçün tədbirlər görüləcək”.

Qeyd edıək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda keçiriləcək.