Azərbaycanda keçiriləcək III MDB Oyunları üçün nəzərdə tutulan bəzi obyektlərdə çətinlik və çatışmazlıqlar var.

Teleqraf xəbər verir ki, bu barədə Oyunların Təhlükəsizlik və Əməliyyatlar üzrə rəhbər Aygül Ağayeva bildirib.

Onun sözlərinə görə, Oyunların təşkilat kömitəsi və əməliyat komitəsi idman infrastukturları, otellərin və digər lazımı məkanlara baxış keçirib, bununla bağlı müvafiq qaydada məruzələr olunub.

İsayeva hazırda təmir prosesində olduqlarını bildirib: "Hazırda Gəncə və Xankəndi stadionları təmirdədir. Göygöl Olimpiya İdman Kompleksi də təmirdədir. Bütün nöqsanlar üzərində işlər görülür".