BAKI, 22 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan Rusiyanın Olimpiya Oyunlarına qayıtmasının lehinə danışıb.
Teleqraf xəbər verir ki, bu barədə B.Ərdoğan TASS-a müsahibəsində deyib.
Türkiyə liderinin oğlu bildirib: “Rusiya idmançıları bütün yarışlara qatılmalıdır. İdmanı siyasiləşdirmək olmaz. Siyasət və idman fərqli şeylərdir. İdmançılar yarışmaq və uğur qazanmaq istəyən gənclərdir. Siyasi səbəblərə görə idmançıların beynəlxalq yarışlara buraxılmaması sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə vermir”.