BAKI, 18 aprel. TELEQRAF

Milli Xokkey Liqasının (NHL) “Vaşinqton Kepitals” klubunun rusiyalı hücumçusu Aleksandr Oveçkin özünə məxsus rekordunu yeniləyib.

Teleqraf xəbər verir ki, təcrübəli idmançı “Pittsburq”la qarşılaşmada 897-ci qolunu vurub.

Yada salaq ki, Oveçkin bir müddət öncə Ueyn Qretzkiyə (894 qol) məxsus olan tarixi rekordu təzləyib.

39 yaşlı rusiyalı 2005-ci ildən NHL-də oynayır və onun liqadakı bütün karyerası "Vaşinqton"da keçib.