İsveçli üzgüçü Viktor Yohansson Paris Olimpiadasında Sena çayında keçiriləcək on kilometrlik açıq suda üzgüçülük yarışından imtina etdiyini açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, bu tövsiyəni ona İsveç Olimpiya Komitəsinin tibbi qərargahı verib.

"Biz onların tövsiyələrini və bütün riskləri ölçüb-biçdikdən sonra hiss etdik ki, ən yaxşı qərar üzgüçülükdən imtina etmək olacaq" -Johanssonc deyib.

Kişilər arasında açıq suda üzgüçülük 9 avqust cümə gününə planlaşdırılıb.