"Qarabağ"ın yeni transferi Julio Roman üçün Portuqaliyanın “Santa Klara” klubuna ödədiyi məbləğ bəlli olub.
Teleqraf.com xəbər verir ki, Portuqaliya "Santa Klara"sı 24 yaşlı yarımmüdafiəçinin keçidindən 200 - 300 min avro qazanacaq.
"Qarabağ" braziliyalı ilə 4 illik müqavilə imzalayıb. Julio Roman 2020-ci ilin avqustundan “Santa Klara”nın formasını geyinib. Oyunçu bu müddət ərzində 20 oyunda meydanda olub.