Bu gün İsveçrənin Sürix şəhərində 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin onlayn formatda püşkatma mərasimi keçirilib.

Teleqraf.com-un AFFA-ya istinadən verdiyi məlumata görə, püşkün nəticəsinə əsasən, DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanmaq uğrunda Azərbaycan milli komandası A qrupunda mübarizə aparacaq:

Portuqaliya

Serbiya

İrlandiya

Lüksemburq

Azərbaycan