BAKI, 19 sentyabr. TELEQRAF
Yəmənin Ənsar Allah (Husi) hərəkatı Səudiyyə Ərəbistanındakı hədəflərə ballistik və qanadlı raket, eləcə də dron zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə Husi hərəkatının hərbi sözçüsü Yəhya Səria bildirib.
"Yəmən silahlı qüvvələri (Husilər) çox sayda ballistik və qanadlı raketləri, eləcə də dronlardan istifadə edərək iki uğurlu hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı vacib obyektləri, ikincisi isə Yanbudakı Aramco obyektlərini hədəf alıb".
Saria həmçinin hücumların Səudiyyə Ərəbistanının Yəməndə davam edən hücumlarına cavab olduğunu iddia edib. O, Səudiyyə Hərbi Hava Qüvvələrinin F-15 və Typhoon qırıcı təyyarələrindən istifadə edərək ümumilikdə 732 hava hücumu həyata keçirdiyini bildirib.