BAKI, 28 noyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə “Taxtakörpü-Ceyranbatan” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Allahverdiyev Hüseyn Ceyhun oğlunun cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.