BAKI, 28 noyabr. TELEQRAF
Vilnüsün mərkəzində, Litva Xarici İşlər Nazirliyinin binasından bir qədər aralıda İspaniya səfirliyinə məxsus nəqliyyat vasitəsi yanıb.
Teleqraf xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Xilasetmə Departamenti məlumat verib.
Qeyd olunur ki, İspaniya səfirliyinə məxsus "Volvo" markalı avtomobil diplomatik missiyanın ofisinin yerləşdiyi Pirkliu Klubas biznes mərkəzinin yaxınlığındakı dayanacaqda yanıb. Sürücü yanğını söndürməyə çalışıb. Yoldan keçən avtobus sürücüsü onun köməyinə gəlib. Yanğınsöndürmə və təcili yardım gələnə qədər onlar yanğını söndürüblər. Səfirliyin "Volvo" markalı avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya aparılıb.