GƏNCƏ, 10 sentyabr. TELEQRAF
Gəncədə iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
“Audi” markalı avtomobil “VAZ 2107” markalı minik maşını ilə toqquşub.
Qəza nəticəsində 3 nəfər - 1997-ci il təvəllüdlü Ruzi Musatafayev, 1990-cı il təvəllüdlü Seymur Qurbanov və 1986-cı il təvəllüdlü Xəyal Məmmədov xəsarət alıb. Yaralılar şəhərin müxtəlif xəstəxanalarına aparılıb, bir nəfərin vəziyyəti daha ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.