BAKI, 5 may. TELEQRAF

Bu gün saat 06:10 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

***

09:52

Goranboy rayonunda səkkiz nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Rəhimli kəndində qeydə alınan hadisə zamanı "KİA" markalı maşınla "Ford" markalı mikroavtobus toqquşub.

Xəsarət alan şəxslər rayon ərazisində istixanalarda işləməyə gedən fəhlələrdir: Arzu Nəbiyev (1990), Xəyalə Cəfərova (1986), Suqra Quluyeva (1982), Şəlalə Abdullayeva (1975), Nigar Mustafayeva (1962), Zəkiyə Məmmədova (1972), Aysel Şirinova (1989), Yeganə Məmmədova (1973)

Faktla bağlı araşdırma başlanılıb.