BAKI, 5 may. TELEQRAF
Rusiya ordusunun Poltava vilayətinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı artaraq 5 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Dyakovniç bildirib.
Onun sözlərinə görə, həyatını itirənlərdən üçü neft-qaz müəssisəsinin əməkdaşı, ikisi isə xilasedicidir:
"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaralılar arasında vəziyyəti ağır olanlar var. Hadisə ilə əlaqədar Poltava vilayətində 5 və 6 may tarixləri matəm günləri elan edilib".
***
09:51
Rusiya ordusu mayın 5-nə keçən gecə Poltava vilayətinə hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Dyakovniç bildirib.
Onun sözlərinə görə, düşmənin raket və zərbə PUA-ları ilə həyata keçirdiyi hücum nəticəsində 4 nəfər həlak olub, 31 sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nəticədə sənaye müəssisəsi və dəmir yolu infrastrukturu zədələnib. Hadisə səbəbindən 3480 abonent mavi yanacaqsız qalıb.