BAKI, 5 may. TELEQRAF

2026-cı ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 976 nəfər olub.

Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, onların 114 956 nəfəri yaşa, 13 902 nəfəri əlilliyə, 23 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.