GÖYGÖL, 17 fevral. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöl rayonunda baş vermiş zəhərlənmə ilə bağlı məlumat yayıb.
Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, məlumatda bildirilir ki, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.
Şagirdlərə ilkin tibbi yardım göstərilib, “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit” diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
09:23
Göygöldə orta məktəbdə kütləvi zəhərləndiyi ehtimal olunan şagirdlər evə buraxılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə dünən baş verib.
Aşıqlı kənd orta məktəbinin müxtəlif siniflərində oxuyan 10 şagird xəstəxanaya aparılıb və oradan isə evə buraxılıb.
Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlama yayıb və "Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı özünü pis hiss edən şagirdlərin xəstəxanadan evə buraxıldığı" qeyd edilib.
Şagirdlərin məktəbin bufeti və ya yaxınlıqda yerləşən marketlərdən birindən qida ala biləcəyi ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma başlanılıb.