GƏNCƏ, 18 oktyabr. TELEQRAF

Gəncədə yaşlı qadının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1968-ci il təvəllüdlü Nairə Nağıyevanı maşın vurub. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.