BAKI, 5 may. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nəqliyyat sistemi 5 istiqamət üzrə fəaliyyət göstərəcək, xidmətlər isə bir neçə kateqoriyaya bölünəcək.

Teleqraf xəbər verir ki, bunu WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

O bildirib ki, "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən habdan 24 saat fasiləsiz K1 marşrutu fəaliyyət göstərəcək və iştirakçılar buradan tədbir məkanına daşınacaq.

Bundan əlavə, 9 şəhərdaxili nəqliyyat mübadilə mərkəzindən 2 müntəzəm avtobus xətti vasitəsilə iştirakçıların məkana çatdırılması təmin olunacaq.

"67 şəhərdaxili dayanacaq, 6 hava limanı üzrə müntəzim avtobus xətti olacaq".