BAKI, 5 may. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Ukraynanın ərazilər itirməyə davam etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu fikirləri “Salem News Channel” telekanalına müsahibəsində səsləndirib.

“Onlar ərazilər itirirlər”, - deyə Tramp qeyd edib.

ABŞ lideri söhbət zamanı Ukrayna prezidenti Volodimir Zelenskini “hiyləgər insan” kimi xarakterizə edib və Vaşinqtonun münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayıb.

Trampın sözlərinə görə, Kiyev NATO ölkələri vasitəsilə ABŞ silahlarının tədarükü hesabına döyüş əməliyyatlarını davam etdirir.