BAKI, 5 may. TELEQRAF

Kiçik-orta bizneslərin satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstək göstərilməsi olduqca vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, kənd təsərrüfatı və qida sənayesi ölkə iqtisadiyyatımızın xüsusilə qeyri-neft sektorunun aparacı sahələrindəndir:
“Kənd təsərrüfatı həm də qlobal miqyasda da ərzak təhlükəsizliyin əsas təminatçısıdır.

Kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək üçün qlobal dəyişiklərin aqrar sahəyə təsirinin yumuşaldılması, eyni zamanda da bu sektorun bu təsirlərə uyğunlaşması imkanları diüüətdə saxlanılmalıdır.”