GÖYGÖL, 2 may. TELEQRAF
Göygöl rayonunda toyda dava düşüb.
Teleqraf xəbər verir ki, hadisə rayondakı "Sərin" şadlıq evində baş verib.
İlkin məlumata görə, dava zamanı 2005-ci il təvəllüdlü Şahəddin Atakişili və qardaşı Vilayət Atakişili bıçaqlanıb. Yaralılar Gəncənin müxtəlif xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti stabildir. Digəri isə əməliyyat edilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, hadisənin baş verdiyi "Sərin" şadlıq evində bir müddət öncə toy günü bəyin atasının başına daş düşüb ölmüşdü.