GÖYGÖL, 04 aprel. TElEQRAF
Göygöldə toy günü ölüm hadisəsinin baş verdiyi şadlıq sarayı ilə bağlı bəzi faktlar məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Quşqara kəndində yerləşən şadlıq sarayı Elnur Məmmədova mənəxsusdur və 2000-ci ilin əvvəllərində tikilib.
Hadisəyə gəlincə, toy mərasimi şadlıq sarayının "Sərin" zalında baş tutuacaqdı, lakin şadlıq sarayının divarından qopaq aqlay daşının bəy atasının başına düşərək həyatına son qoyması, toy mərasiminin başlamadan bitməsinə səbəb olub.
1962-ci il təvəllüdlü Adil Hüseynov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
17:17
Göygöldə toy zamanı bəyin atası bədbəxt hadisə nəticəsində vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun şadlıq saraylarının birində oğluna toy edərkən 1962-ci il təvəllüdlü Adil Huseynovun baş nahiyyəsinə aqlay daşı düşüb.
Adıçəkilən şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla araşdırma başlanılıb.