GƏNCƏ, 28 noyabr. TELEQRAF
Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin Əziz Əliyev prospektində qeydə alınan hadisə zamanı "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2001-ci il təvəllüdlü İbrahim Haqverdiyev və 2004-cü il təvəllüdlü Hüseyn Məmmədov və daha bir nəfər xəstəsanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.