BAKI, 28 noyabr. TELEQRAF
"Media sadəcə bir məlumatın alınması və ötürülməsini ehtiva etmir, media həm də bir silahdır".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi bu gün Bakıda keçirilən TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
O bildirib ki, buna görə də media prioritetdir və çox vacibdir.
"Biz bu sahədə səylərimizi birləşdirməliyik. Xüsusilə vurğulamaq istəyirəm ki, Türk dünyası üçün belə görüşlər əhəmiyyətlidir. Media platforma sahəsində əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılmasına birlikdə nail ola bilərik", - o əlavə edib.