BAKI, 27 noyabr. TELEQRAF
Yasamal rayonu, “20 Yanvar” dairəsində yük avtomobillərindən birində daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması nəqliyyatda sıxlıq yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.