BAKI, 27 noyabr. TELEQRAF
İsveçrəli turist Avstraliyanın şərq sahilində məşhur sörfinq məkanında köpəkbalığının hücumu nəticəsində ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Sidneydən təxminən 350 kilometr şimalda, Kroudi Bay bölgəsindəki "Kyles Beach"də iki nəfər köpəkbalığının hücumuna məruz qalıb.
20 yaşlarında olduğu güman edilən və şəxsiyyəti hələlik rəsmən təsdiqlənməmiş qadın hadisə yerində dünyasını dəyişib. Eyni yaşda olan kişi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İsveçrə Xarici İşlər Nazirliyi hər iki gəncin İsveçrə vətəndaşları olduğunu təsdiqləyib.