BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycanda ötən gün dələduzluq etdiyi üçün axtarışda olan şəxslərin tutulması üçün polis əməliyyat keçirib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının noyabrın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.