Bakı Beynəlxalq Avtovağzalında 54 yaşlı əlil şəxs sürücü tərəfindən döyüldüyünü iddia edib.
Teleqraf-ın məlumatına görə, hadisə ötən ay qeydə alınıb.
Döyülərək xəsarət aldığını iddia edən 1971-ci il təvəllüdlü Bayramov Elşən Əlif oğlu bildirir ki, avtovağzal ərazisində Bakı-Mingəçevir marşutu üzrə hərəkət edən sərnişin avtobuslarının sürücülərinə kömək edirmiş. Bunun qarşılığında məvacib alırmış. Oktyabr ayında Bakı-Qazax marşutunun sürücüsü Amin Məstənov onu tənbeh edib və döyüb.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Kliniki Tibbi Mərkəzin həkimləri müəyyən edib ki, E.Qafarov döyülüb. Bundan sonra polisə müraciət edilib. Amin adlı sürücü isə hadisə vaxtı Tovuzda olduğunu, adıçəkilən şəxsi vurmadığını bildirib. Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, tərəflər izahatı alınması üçün 40-cı polis bölməsinə dəvət edilib.
Xəsarətin dərəcəsi müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilib.
Araşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Bayramov Elşən Əlif birinci qrup əlildir.