GƏNCƏ, 26 noyabr. TELEQRAF
Gəncədə xəstəxanaya yerləşdirilən 13 yaşlı yeniyetmənin aldığı xəsarətin səbəbi bəlli olub.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən araşdırmalar zamanı məlum olub ki, 17 yaşlı S. Əliyev dostu K. Qurbanov ilə zarafat edərkən əlindəki dırnaq tutan əlatlə sonuncunun diz nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirib.
Araşdırmalar davam etdirilir
***
2025.11.26
20:48
Gəncədə 13 yaşlı yeniyetmə bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 2012-ci il təvəllüdlü Kənan Qurbanov əməliyyata götürülüb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
K.Qurbanovun kim tərəfindən və hansı şəraitdə xəsarət aldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.