BAKI, 26 noyabr. TELEQERAF
Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində avtomobildə baş vermiş yanğın Fövqəladə Hallar Nazriliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə Teleqraf-a nazirliyin mətbuat xidmətindən bildirilib.
***
16:38
Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
"Həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür" - deyə məlumatda qeyd olunub.