TOVUZ, 24 noyabr. TELEQRAF

Tovuz rayonunda toy məclisində kütləvi dava olub.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evində ofsiantlar arasında baş verib.

Dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaqlanıb. Təcili xəstəxanaya çatırlan yaralı əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir.

Faktla bağlı araşdırmalar davam edir.

***

18:44

Tovuz rayonunda toy məclisində kütləvi dava olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evlərinin birində qeydə alınıb.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.