CƏLİLABAD, 24 noyabr. TELEQRAF
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqrafın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 142-ci kilometrində, Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb və aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə çağırılan təcili yardım maşını ilə yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və hospitalizasiya edilib.
Faktla bağlı araşdırma aparılır.