BAKI, 23 noyabr. TELEQRAF
Paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfər şübhəli şəxs qismində tutulub.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
***
Bakıda 3 nəfərin ölümünə səbəb olan yanğınla bağlı “Loft Dent” klinikasının direktoru saxlanılıb.
Teleqraf xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanındakı binada qeydə alınan yanğın nəticəsində 3 nəfərin ölümü faktı üzrə klinikanın direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.
Məlumata görə, klinika hadisənin baş verdiyi binanın zirzəmisində fəaliyyət göstərir.
Bəhruz Paşayev həmin binanın zirzəmi və birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında istifadəyə götürüb.