BAKI, 23 noyabr. TELEQRAF

Ağdam rayonunun Əfətli kəndində yanğın olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 312 m² (hər mərtəbəsi 156 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin, dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.