BAKI, 22 noyabr. TELEQRAF

ABŞ-nin Çikaqo şəhərinin mərkəzində Milad ağacının işıqlandırılması mərasimində baş verən atışmada yeddi nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Polis silahlı şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görür.