MİNGƏÇEVİR, 22 noyabr. TELEQRAF

Mingəçevirdə yolu keçmək istəyən piyadanı maşın vurub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, şəhər ərazisində "Lada Priora" markalı avtomobil piyada, 18 yaşlı Bəyim Sadıqzadəni vurub. Topuğun qapalı travması və digər bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.