AĞCABƏDİ, 22 noyabr. TELEQRAF

Ağcabədidə 3 otaqlı evdə yanğın olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Ü.Hacıbəyli prospektində baş verib. Rayon sakini Famil Hüseynova məxsus 3 otaqlı evdə baş verən yanğın zamanı evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları yanıb.

Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürən əməkdaşları yanğını söndürərək ətrafdakı tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb