AĞDAM, 22 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Ağdamda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, rayonunun Əfətli kəndində ümumi sahəsi 312 m² (hər mərtəbəsi 156 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin, dam örtüyünün yanar konstruksiyaları 112 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

13:45

Ağdamda iki mərtəbəli evdə yanğın olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Əfətli kəndinə baş verib.

Kənd sakini Əsədov Akif Mehdiqulu oğluna məxsus iki mərtəbəli yaşayış evində yanğın başlayıb.

Yanğın zamanı evin 2 otağı və şüşəbənd hissəsi əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam və Ağcabədi rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Yanğınsöndürən əməkdaşları baş verən yanğının söndürərək yaşayış evinin digər otaqlarına keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb.