BAKI, 22 noyabr. TELEQRAF
Ötən gün Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında həlak olan 2018-ci il təvəllüdlü Qəmbərli Arzu Əli qızının anası və bacısı da yanğında zərər çəkib.
Bunu Teleqraf-a açıqlamasında zərərçəkmişlərin Kliniki Tibbi Mərkəzin Təcili yardım bölməsində gözləyən yaxını bildirib.
2015-ci il təvəllüdlü Qəmbərli Leyli Əli qızı və 1990-cı il təvəllüdlü Qəmbərova Rəna Vüqar qızı hazırda toksikologiya bölməsindədir.
Digər zərərçəkmiş 1986-cı il təvəllüdlü Məhəmmədova Marta Rinatovanın rəfiqələri bildiriblər ki, onun vəziyyəti normaldır.
Onlar yanğının 1-ci mərtəbədəki restorandan baş verdiyini deyiblər.
Qeyd edək ki, yanğında binada yaşayan, eyni zamanda binanın komendantı olan 1983-cü il təvəllü Samir Kamal oğlu Məmmədov, 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı və Bakı Milli Geyim Evinin 48 yaşlı rəhbəri Hümbətova Könül Vəlibəy (Vəlibəyli) qızı həlak olub. Könül Vəlibəylinin qızı Ləmanın da vəziyyətinin ağır olduğu bildirilir. Hadisə nəticəsində əmələ gələn tüstüdən 27 nəfər zəhərlənib.

.jpg)
.jpg)