BAKI, 22 noyabr. TELEQRAF

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yağında həlak olan üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Hümbətova Könül Vəlibəy (Vəlibəyli) qızıdır.

Teleqraf-ın məlumatına görə, K.Vəlibəyli sözügedən binada kirayədə qalırmış.

Qeyd edək ki, hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.

Faktla bağlı cinayət işi açılıb.