BAKI, 21 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Teleqraf xəbər verir ki, mənzillər yanğından mühafizə olunub.

***

21:20

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

20:54

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Teleqraf-a verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.

Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir.

***

20:36

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən Teleqraf-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.

20:08

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Teleqraf xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.