BAKI, 20 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, noyabrın 21-də paytaxtın Binəqədi rayonuda yerləşən “Lake Hotel”in işçilərini hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurub.

Hotelin mühafizəçisi Əliağa Həsənov Teleqraf-a bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Hadisə vaxtı ərazidə idim. Səs eşitdim. Gördüm ki, dörd əməkdaşımız dəmir pilləkənı gətirərkən konstruksiya yüksək gərginli naqillərlə təmas edib və onları cərayan vurub. Dərhal rəhbərliyə məlumat verdim”.

Qeyd edək ki, hadisə zamanı 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov həlak olub.