MİNGƏÇEVİR, 21 noyabr. TELEQRAF
Bərdə sakini Mingəçevirdə baş verən yol qəzasında müxtəlif dərəcəli xəsarətlər alıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə M.Maqomayev prospektində baş verib. 'VAZ-2107" və "Shevrolet" markalı avtomobillərin toqquşması nəticəsində başından və bədəninin digər hissəsələrindən müxtəlif dərəcəli xəsarət alan 1961-ci il təvəllüdlü Bərdə rayon sakini Zeynalova Ziynət Şəmşir qızı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.