BAKI, 20 noyabr. TELEQRAF
Yevlax şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, İmişli rayonunun Sarıxanlı kəndində ümumi sahəsi 600 m² olan qurutma anbarında 4 ədəd sobanın içərisinə yığılan 350 kiloqram biyan bitkisi yanıb.
Anbar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.