BAKI, 19 noyabr TELEQRAF

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 21 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.